
AMB: Valyuta hərracında tələb təmin edildi - 24.10.2023
Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 23,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, oktyabrın 19-da hərracda tələb 17,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Fins.az