Alüminium qiymətləri rekord səviyyəyə çatdı

Alüminium qiymətləri rekord səviyyəyə çatdı

BİRJA
658

Fins.az - İranın hücumları alüminium bazarını silkələyib – qiymətlər rekord səviyyəyə çatdı

İran Yaxın Şərqdəki iki böyük alüminium istehsal zavoduna raket zərbələri endirib. Bu hücumlar qlobal bazarda uzunmüddətli çatışmazlıq yaratmaq təhlükəsi daşıyır, çünki region dünya istehsalının əhəmiyyətli hissəsini təşkil edir.

London Metall Birjasında alüminiumun qiyməti anidən 6% qalxaraq 3 492 ABŞ dolları/tona çatıb. Qiymət artımı Avstraliyadakı alüminium şirkətlərinin səhmlərinin yüksəlməsinə səbəb olub. Investorlar bu şirkətləri Yaxın Şərq böhranında alternativ tədarükçü kimi qiymətləndirir.

Hörmuz boğazının blokadası logistikanı iflic etmişdi: kombinatlar həm məhsul göndərə, həm də xammal ala bilmirdi. Lakin son raket hücumları istehsal güclərinin məhv edilməsinə səbəb olub, bazarda alüminium çatışmazlığı uzun müddət qalacaq. Yüksəktexnologiyalı elektroliz vannalarının bərpası böyük investisiya və aylarla davam edən iş tələb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alüminium qiymətləri rekord səviyyəyə çatdı — Fins.az — Fins.az