"Alibaba"-nın qeyri şəffaf birja əməliyyatları

"Alibaba"-nın qeyri şəffaf birja əməliyyatları

BİRJA
1,373

Ticarət imtiyazlarının ləğvi  Çin şirkəti - "Alibaba Group"-un mövqelərinə çox pis təsir göstərə bilər.

Fins.az xəbər verir ki, şirkət aktivlərinin bir hissəsini ABŞ fond bazarından çıxarıb Hong Kong birjasına təhvil verməyə başlayıb.

2019-cu ilin Noyabr ayında Alibaba, Çin və qlobal birjalar tarixində ən uğurlu IPO keçirə bildi. Rekorddan əvvəl 2014-cü ildə New York Birjasında tarixi yerləşdirmədən sonra Cek Ma-nın şirkəti 25 milyard dollar qazanmağı bacardı.

Onu da qeyd etmək lazımdır ki,  Amerikanın kapital bazarına girmədən bir il əvvəl, İnternet pərakəndə satış şirkəti Hong Kongda ilkin kütləvi təklif keçirmək barədə ciddi düşünmüşdü. Lakin, sonra şirkət rəhbərliyi inzibati bölgənin maliyyə tənzimləyicisi ilə qarşılıqlı anlaşma əldə edə bilmədi. Yeddi il əvvəl şəhər rəhbərliyi "bir pay - bir səs" qaydasına əməl etməyən bir şirkət tərəfindən IPO keçirilməsini yolverilməz hesab etdi; İdarə heyətinin formalaşdırılmasının qeyri-şəffaf sistemi də tənqid edilib. 

Ötən il maliyyə tənzimləyicisi Alibaba Group-un Hong Kong Birjasında təkrar siyahıya alınmasına icazə verdi. Əlavə buraxılış nəticəsində, yerli ticarət platforması səhmlərin transsərhəd yerləşdirilməsi üzrə dünya rekordçusu oldu və Alibaba 13.4 milyard dollar qazana bildi. Birja operatoru şirkətinin rəhbəri Çarlz Lee, qürurunu gizlətməyərək dedi: "ailə üzvü nəhayət evinə qayıtdı –gec də olsa heç vaxt olmamasından daha yaxşıdır. ”

Rekord sövdələşmədən sonra, ilin sonuna qədər Hong Kong Birjası həm ABŞ Nasdaq (24,7 milyard dollar), həm də Nyu-York Birjası (22,6 milyard dollar), həm də Çindən gələn əsas rəqibi - Şanxayın cəlb edilmiş vəsaitləri (34 milyard dollar) baxımından zərərdən yan keçə bildi

Müəllif:Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Alibaba"-nın qeyri şəffaf birja əməliyyatları — Fins.az — Fins.az