“Ağsu şəhərində İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Ağsu şəhərində İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

BİRJA
247

Fins.az - 3 iyul 2026-cı il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ağsu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Paşa Kapital investisiya şirkətinin iştirakı ilə Ağsu şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və Paşa Kapital investisiya şirkətinin Qiymətli kağız buraxılışında anderraytinq xidmətimövzularında təqdimatları olub.

Qeyd edək ki, bu, sayca iyirminci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan, Qusar və Mingəçevir şəhərlərində təşkil olunub. 

Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Ağsu şəhərində İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib — Fins.az — Fins.az