ABŞ Xəzinədarlığı 20 illik istiqraz emissiyası gerçəkləşdirəcək

ABŞ Xəzinədarlığı 20 illik istiqraz emissiyası gerçəkləşdirəcək

BİRJA
752

ABŞ Xəzinədarlığı 20 illik istiqraz emissiya edəcək.ABŞ Xəzinədarlıq İdarəsi, artan borc ehtiyacını qarşılamaq üçün 20 illik istiqraz auksionu həyata keçirəcəyini açıqlayıb.
ABŞ Xəzinədarlıq Departamenti, yeni növ koronavirus (Kovid-19) səbəbindən artan borc ehtiyacını ödəmək üçün 20 illik istiqraz auksionu gerçəkləşdirəcəyini açıqlayıb.
Nazirlik tərəfindən verilən açıqlamada gələn həftə 3 istiqraz hərracının keçiriləcəyi bildirilib.
Covid-19 pandemiyası ilə mübarizəyə görə Xəzinədarlığın borc tələbinin əhəmiyyətli dərəcədə artdığını vurğulayan açıqlamada, 20 illik ödəmə istiqrazlarının buraxılmasına da başlanacağı bildirilir. Açıqlamada, 20 illik istiqraz buraxılışında ilk məbləğin 20 milyard dollar olacağı və tenderin 20 Mayda ediləcəyi qeyd olunub.

ABŞ Maliyyə Nazirliyi, covid-19 pandemiyasının baş verməsi səbəbindən bu həftənin əvvəlində 2.9 trilyon dollar borc almağı planlaşdırdığını bildirib.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Xəzinədarlığı 20 illik istiqraz emissiyası gerçəkləşdirəcək — Fins.az — Fins.az