ABŞ indekslərində yüksəliş

ABŞ indekslərində yüksəliş

BİRJA
721

ABŞ-da indekslər koronavirus epidemiyasına qarşı görülən tədbirlərin rahatlandığı üçün günü yüksəlişlə bağladı.
Bağlanışda Dow Jones indeksi 100 bənddən yuxarı qalxaraq 0.6 faiz artaraq 23.892.30 bənd oldu.

S&P 500 indeksi 0,9 faiz artaraq 2868,34 bənd, Nasdaq indeksi isə 1,1 faiz artaraq 8 809,02 bənd təşkil edib.

ABŞ-ın bəzi əyalətlərində yeni növ koronavirusun (Kovid-19) yayılmasına qarşı tədbirlərin tədricən rahatlaşdırılması və iqtisadi fəaliyyətin bərpa edilməsi bazarlarda nikbinliyi artırdı.

İqtisadi normallaşma prosesləri səbəbindən neft qiymətləri də yüksəldi. ABŞ-da Qərbi Texas tipli (WTI) xam neftin bir barel qiyməti 23.10-a görə 20.5 faiz artaraq 24.55 dollara çatdı.

Dünyada ən çox istifadə edilən Brent markalı neftin bir bareli, eyni dəqiqələrdə 14,4 faiz artımla 31,12 dollara satıldı.

Müəllim:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ indekslərində yüksəliş — Fins.az — Fins.az