ABŞ fond bazarlarında qarışıq dinamika: Dow Jones tarixi maksimuma yüksəldi

ABŞ fond bazarlarında qarışıq dinamika: Dow Jones tarixi maksimuma yüksəldi

BİRJA
372

Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı sessiyanı fərqli istiqamətlərdə başa vurub. Dow Jones indeksi artaraq yeni tarixi maksimum müəyyən edib, S&P 500 və Nasdaq isə azalıb.

Bazar iştirakçıları zəif pərakəndə satış statistikası və şirkətlərin rüblük maliyyə hesabatlarını qiymətləndiriblər. Dekabr ayında ABŞ-də pərakəndə satışların artmaması və bayram mövsümündə gözləntilərdən aşağı nəticələr FED-in bu il faiz dərəcələrini daha aqressiv şəkildə endirə biləcəyi ilə bağlı ehtimalları gücləndirib.

Korporativ hesabatlar fonunda Spotify, Hasbro və Marriott səhmləri kəskin bahalaşıb. S&P Global-in zəif proqnozu isə reytinq sektorunda satış dalğasına səbəb olub.

Ticarət sessiyasının yekununda Dow Jones 50 188,14 bəndə yüksəlib. S&P 500 6 941,81 bəndə, Nasdaq isə 23 102,47 bəndə enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ fond bazarlarında qarışıq dinamika: Dow Jones tarixi maksimuma yüksəldi — Fins.az — Fins.az