
ABŞ fond bazarında qarışıq dinamika: neft bahalaşdı, Fed qərarı diqqətdə
ABŞ fond bazarları çərşənbə günü qarışıq dinamika nümayiş etdirib. Federal Ehtiyat Sisteminın (Fed) faiz qərarı və Yaxın Şərqdə artan gərginlik investorların əsas diqqət mərkəzində olub.
Fed baza faiz dərəcəsini 3,5–3,75% səviyyəsində dəyişməz saxlayıb. Qurumun sədri Jerome Powell enerji qiymətlərinin artmasının qısamüddətli perspektivdə inflyasiyanı sürətləndirə biləcəyini bildirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Trumpın İranla bağlı sərt mövqeyi neft bazarına təsir edib. Brent markalı neftin qiyməti 120 dolları keçərək son illərin maksimumuna yüksəlib.
Bu fonda enerji şirkətlərinin səhmləri artıb. Exxon Mobil, Chevron və Occidental Petroleum müsbət dinamika göstərib.
Digər tərəfdən, sənaye və maliyyə sektorunda eniş müşahidə olunub. Boeing və Goldman Sachs səhmləri ucuzlaşıb.
Texnologiya və biotexnologiya sektorunda isə müsbət tendensiya qeydə alınıb. Visa və Biogen güclü maliyyə nəticələri açıqlayaraq investor marağını artırıb.
Ticarətin yekununda Dow Jones indeksi 0,57% geriləyib, S&P 500 demək olar dəyişməyib, Nasdaq isə cüzi artım göstərib.