ABŞ fond bazarı enişdən sonra yüksəlişlə bağlandı

ABŞ fond bazarı enişdən sonra yüksəlişlə bağlandı

BİRJA
447

Fins.az - ABŞ fond indeksləri günü kəskin enişlə başlasada, sessiyanın sonuna doğru bərpa olunaraq müsbət zonaya qalxdı.

Bazarın əsas diqqəti Yaxın Şərqdə artan hərbi gərginliyə yönəlib. Region ölkələrinin neft hasilatını azaltması və enerji qiymətlərindəki kəskin artım investorların risk gözləntilərinə təsir göstərib.

Ticarət zamanı Brent və WTI markalı neftin qiyməti 119 dollardan yuxarı qalxsa da, sessiyanın sonunda 100 dollardan aşağı səviyyədə sabitləşib. Buna baxmayaraq, bu göstərici son illərin ən yüksək səviyyələrindən biri hesab olunur.

Analitiklər bildirirlər ki, enerji qiymətlərindəki artım ABŞ-da inflyasiyanın yenidən sürətlənməsinə səbəb ola bilər. Bu isə Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmaq planlarını çətinləşdirə bilər.

Bununla yanaşı, ABŞ prezidentinin İranla bağlı əməliyyatın planlaşdırılandan daha sürətlə getdiyini bildirməsi bazarda müəyyən optimizm yaradıb.

Nəticədə Dow Jones, S&P 500 və Nasdaq indeksləri günün sonunda artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ fond bazarı enişdən sonra yüksəlişlə bağlandı — Fins.az — Fins.az