ABB-nin 11%-lik istiqrazları Bakı Fond Birjasında yerləşdirilib

ABB-nin 11%-lik istiqrazları Bakı Fond Birjasında yerləşdirilib

BİRJA
225

Fins.az - 3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitib.

AZ2003004580 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003004580

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

5,000,000 manat

Kupon faizi

11%

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti

2 il

Minimal qiymət

100 (11.0000%) manat 

Maksimal qiymət

100 (11.0000%) manat

Kəsmə qiyməti

100 (11.0000%) manat

Ortaçəkili qiyməti

100 (11.0000%) manat

Reallaşdırılmış həcm

5,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

27,065,500 manat

Abunə yazılışında iştirak etmiş investor sayı

296

Sifarişi icra edilmiş investor sayı

277

Abunə yazılışında təklif edilmiş sifariş sayı

352

İcra edilmiş sifariş sayı

329

Anderrayter

ABB-İnvest İnvestisiya Şirkəti” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB-nin 11%-lik istiqrazları Bakı Fond Birjasında yerləşdirilib — Fins.az — Fins.az