230 milyonluq fond bütün dünyada səhm alışına hazırlaşır

230 milyonluq fond bütün dünyada səhm alışına hazırlaşır

BİRJA
730

Dünyanın ən böyük fondlardan biri olan Abu Dabi aktiv fondu, bütün dünyada səhm alışlarına hazırlaşdığını bildirib.

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki,dünyanın ən böyük aktiv fondlarından biri, getdikcə artan pul ehtiyatından, ABŞ-da daha çox aktiv almaq üçün istifadə etməyə hazır olduğunu qeyd edib.

232 milyard dollarlıq aktivi olan Abu Dabidə yerləşən  Mubadala İnvestisiya Şirkətinin birləşmə və satınalma bölməsinin meneceri və baş direktoru Səid Əl Mazrouei bütün dünyada səhmdarlar  investisiya potensialına baxır.

Abu Dabi aktivlər fondu, Norveçdən Səudiyyə Ərəbistanına qədər digər fondlar bu ilin əvvəlində koronavirus pandemiyası səbəbiylə qlobal bazarlarda kəskin düşən səhmlərə investisiya qoyulacaq. Fond rəsmisi “Son iki ildir hazırlaşırıq. Bunu fərqli sektorlara və aktiv siniflərinə paylamaq istəyirik. Düşünürəm ki, ABŞ bazarı çox davamlıdır. Sistemli risk görmürük. Bank sistemində güclü kapitallaşmanı gözləyirik." Deyə qeyd edib.

Virusun iqtisadiyyata təsirinin davam etdiyini nəzərə alsaq, Al Mazrouei hesab edir ki, ABŞ səhmlərində kəskin azalma ola bilər və S&P 500 indeksi 20 faiz azalaraq 2,500 - 2.700 bala enə bilər. Bununla birlikdə, Al Mazrouei-yə görə, hökumət və Fed-in təşviq tədbirləri, ehtimal ki, mart ayında görülən ən aşağı səviyyələrin görünməməsini təmin edəcəkdir.

FED, istiqraz bazarını likvidliyi artırdıqdan sonra və Konqres iqtisadiyyatı iş yerlərini qorumaq və məşğulluğu qorumaq üçün iqtisadiyyata trilyonlarla dollar yatırmağı planladığı üçün ABŞ səhmləri mart ayından bəri 43% artaraq ilin demək olar ki, bütün zərərlərini ödədi

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
230 milyonluq fond bütün dünyada səhm alışına hazırlaşır — Fins.az — Fins.az