
Ziya Nuriyevdən "Rabitəbank"-ın investisiya şirkəti barədə AÇIQLAMA
Hazırda investisiya şirkəti fəaliyyəti ilə bağlı lisenziyanın alınması mərhələsindəyik. Növbəti iki həftə ərzində investisiya şirkəti fəaliyyəti ilə bağlı lisenziya alıb ilkin işlərə başlamağı planlaşdırırıq.
Bunu "Fins.az"-a açıqlamasında "Rabitəbank"-ın baş direktoru Ziya Nuriyev deyib.
O bildirib ki, ilkin mərhələdə "Rabitəbank"-ın öz ehtiyaclarının ödənilməsini nəzərə tutulub. "Rabitəbank" ın özü aldığı qiymətli kağızlarla əməliyyatların həyata keçirilməsini planlaşdırmışıq. Növbəti mərhələdə artıq korporativ bazara çıxışı planlaşdırırıq.
Ziya Nuriyev yeni yaradılacaq investisiya şirkətinin qiymətli kağız buraxmasına da toxunaraq "Bu il yox amma gələcəkdə istiqraz buraxılması planımız var. Hüquqi şəxslərin özlərinin ehtiyaclarının qarşılanması, istər istiqrazların buraxılması, istər qiymətli kağızlara investisiya əsas fəaliyyət prinsipləri kimi müəyyən olunub,"-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva