Yen dollar qarşısında 24 ilin ən aşağı səviyyəsinə enib

Yen dollar qarşısında 24 ilin ən aşağı səviyyəsinə enib

BANK
342

ABŞ-da inflyasiya rekord həddə çatdıqdan sonra FED-in aqressiv faiz artımını davam etdirəcəyi gözləntiləri fonunda yen dollar qarşısında enişini davam etdirərək son 24 ilin ən aşağı səviyyəsinə enib.
"Fins.az" xəbər verir ki, dolların geniş vüsət alması bir müddətdir ki, dəyərini saxlamaqda çətinlik çəkən yapon valyutası ilə ABŞ istiqrazları arasındakı sıx əlaqəni zəiflədir.

Tokioda hərraclarda yen dollara nisbətdə 1 faiz ucuzlaşaraq 138,78-ə düşüb. Bu azalma ilə son 24 ilin ən aşağı səviyyəsi olub. Valyuta investorları üçün növbəti psixoloji həddin 140 olduğu bildirilərkən, bəzi analitiklər bu səviyyənin görünmə ehtimalının olduğunu rəsmilərin müdaxiləsinə səbəb olacağını vurğulayır.

Yapon valyutası bu il təxminən 17 faiz itirdiyi halda, Fed yüksək inflyasiyanı cilovlamaq üçün dərəcələri aqressiv şəkildə artırsa belə, Yaponiya Bankı faiz dərəcələrini sabit saxlayıb. Çərşənbə günü gələn ABŞ inflyasiya məlumatları gözləntiləri aşaraq bazarlarda 100 əsas bənd artıma səbəb olub. 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yen dollar qarşısında 24 ilin ən aşağı səviyyəsinə enib — Fins.az — Fins.az