
Xarici valyutalarda hesablaşmalar üçün yeni imkanlar: Hesablaşma-kassa xidmətləri
Fins.az - “Ziraat Bank Azərbaycan” ASC müştərilərinə hesablaşma-kassa xidmətləri çərçivəsində müxtəlif valyutalarda cari hesabların açılması imkanını təqdim edir.
Məlumata görə, bankın müştəriləri Azərbaycan manatı (AZN), avro (EUR), ABŞ dolları (USD), türk lirəsi (TRY), Rusiya rublu (RUB) və digər sərbəst dönərli valyutalarda cari hesab aça bilərlər.
Qeyd olunur ki, cari hesabın açılması üçün hesab açmaq barədə ərizə, şəxsiyyəti təsdiq edən sənəd, imza nümunəsi və bank hesabı müqaviləsi tələb olunur.
Bildirilib ki, hesablaşma-kassa xidməti çərçivəsində müştərilər hesablarına vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını da həyata keçirə bilirlər.