Xalq Bank III rübün yekunlarını elan etdi

 Xalq Bank III rübün yekunlarını elan etdi

BANK
3,338

2020-ci ilin III rübünün yekunlarına əsasən Xalq Bankın aktivləri 2 295.22 mln manat təşkil edib, bu göstərici ötən bir il ərzində 117.86 mln manat (5.41%) artıb. Fins.az xəbər verir ki, bankın cəmi kapitalı isə cari il ərzində 29.27 mln manat (7.17%) artaraq 437.65 mln manata çatdırılıb.

Bankın müştərilərə verdiyi kreditlərin həcmi 1 oktyabr tarixə 1 537.60 mln manat təşkil edir, müştərilər tərəfindən yerləşdirilən depozitlər isə 1 539.47 mln manata çatır.

Bank III rübü 25.94 mln manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.78% daha artıqdır.

Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin doqquz ayının nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xalq Bank III rübün yekunlarını elan etdi — Fins.az — Fins.az