
Vüsal Qasımlı: Yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq da dəstək paketi olacaq
Fins.az xəbər verir ki, bunu İTV-nin efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
O qeyd edib ki, yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq da dəstək paketi olacaq. Burada əsas məqsəd sahibkarların dəstəklənməsidir. O sahələr ki, dövlətin prioritet istiqamətləridir və postkorona dövründə iqtisadiyyatın dayanıqlığını təmin edəcək, iş yerləri yaradacaq, vergi bazasını genişləndirəcək, həmin sahələrdə kredit götürüb iş görən sahibkarlara dəstək veriləcək. Amma bunun üçün layihənin dəyərində kreditin payı 15%-i keçməməlidir, bunun da yarısını dövlət ödəcəyək, üstəlik həmin kreditə görə zəmanətin 60%-ni yenə də dövlət verəcək. Bu çox əlverişli bir imkandır ki, Azərbaycan iqtisadiyyatı qlobal şokun təsirindən qısa müddətdə ayılsın, özünə gəlsin. Çünki ucuz maliyyə resursları burada çox böyük əhəmiyyət kəsb edəcək", - deyə İİTKM-nın icraçı direktoru əlavə edib.