Valyuta hərracında manat və dolların məzənnəsi dəyişməyib

Valyuta hərracında manat və dolların məzənnəsi dəyişməyib

BANK
964

Fevralın 27-də keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7 AZN/$1 təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

“Bu gün AMB Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7 AZN/$1 səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlumatında bildirilir.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Valyuta hərracında manat və dolların məzənnəsi dəyişməyib — Fins.az — Fins.az