
Türkiyədə dollar BAHALAŞDI
Türkiyə Mərkəzi Bankının proqnozlardan yüksək nisbətdə faiz endirimindən sonra Türkiyədə dolların məzənnəsi 7 Türk lirəsinə yaxınlaşıb.
Fins.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı Aprel yığıncağında pul siyasəti faizini 1 bənd azaldaraq 9.75%-dən 8.75%-ə endirib. Qərardan sonra dolların məzənnəsi 6.97-dən 6.9991-ədək yüksəlib.
Lirə koronavirus ilə əlaqədar ucuzlaşdığına görə Mərkəzi Bankın 0,50 bənd olmaqla təmkinli faiz endirimi edəcəyi gözlənilirdi. Mərkəzi Bank son 7 yığıncaqda 14,25 bənd endiriminə gedərək faizi 9.75 səviyyəsinə endirmişdir.
Neft və digər əmtələrin ucuzlaşması, tələbin azalması ilə inflyasiyanın düşəcəyi gözlənilir. Bu səbəbdən Mərkəzi Bank faiz endiriminə davam edib.