Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

BANK
626

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,464 milyard ABŞ dolları, yaxud 1,7% azalaraq 86,447 milyard ABŞ dolları təşkil edib.

 Türkiyə mətbuatına xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 33,786 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 173 milyon ABŞ dolları, yaxud 0,5% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,339 milyard ABŞ dolları, yaxud 2,5% azalaraq 52,661 milyard ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb — Fins.az — Fins.az