Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

BANK
379

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB), sentyabr siyasət toplantısından sonra faiz qərarını açıqlayıb
 Mərkəzi Bank siyasət nisbətini 200 baz balı artıraraq  10,25-%ə çatdırıb. Bazar gözləntisi faiz nisbətlərinin dəyişdirilməyəcəyi, ancaq orta ağırlıqlı maliyyələşdirmə xərclərinin artırıla biləcəyi idi.

Hal-hazırda bir həftəlik repo hərraclarının nisbəti  10,25%, Mərkəzi Bankın kredit nisbətləri 11,75,%, gecikmiş likvidlik pəncərəsi (GLP) nisbəti isə  13,25% səviyyəsinə yüksəlib.

Mərkəzi Bankın veb saytında yayımlanan mətnində, üçüncü rübdə qlobal iqtisadiyyatda qismən canlanma əlamətlərinə baxmayaraq, bərpa ilə əlaqədar qeyri-müəyyənliklərin davam etdiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb — Fins.az — Fins.az