Taleh Kazımov: Valyuta bazarında təklif tələbi üstələyir

Taleh Kazımov: Valyuta bazarında təklif tələbi üstələyir

BANK
326

2026-cı ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) yenidən valyuta bazarına müdaxilə edəcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında açıqlayıb.

AMB sədrinin sözlərinə görə, son iki ay ərzində Mərkəzi Bankda valyuta hərracı keçirilməyib. Bunun əsas səbəbi isə bazarda valyuta təklifinin tələbi kəskin üstələməsi olub.

“Bazarda valyuta təklifi tələbi kəskin üstələyib. Buna görə də AMB valyuta bazarına aprel ayında müdaxilə etdi və AMB-nin ehtiyatları 12,7 milyard dollara çatdı. Bu prosesləri nağd bazarında da görürük. Burada da təklif tələbi üstələyir”, – deyə Taleh Kazımov bildirib.

Sədr qeyd edib ki, qarşıdakı 2-3 ay ərzində də valyuta bazarında mövcud vəziyyətin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, bu səbəbdən ilin sonunda AMB-nin yenidən bazara müdaxilə etməsi mümkündür.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bir müddət əvvəl də valyuta bazarına müdaxilə edib. AMB-nin açıqlamasına əsasən, son dövrlərdə valyuta hərraclarında tələbin aşağı olması nəticəsində bazarda təklif artıqlığı yaranıb və bu şəraitdə aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Taleh Kazımov: Valyuta bazarında təklif tələbi üstələyir — Fins.az — Fins.az