
Taleh Kazımov ÜDM artımı ilə bağlı proqnozları açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026 və 2027-ci illər üzrə iqtisadi artım proqnozlarını açıqlayıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,1% artacağını proqnozlaşdırır. Qeyri-neft-qaz sektoru üzrə iqtisadi artımın isə 3,2% olacağı gözlənilir.
Taleh Kazımov qeyd edib ki, 2027-ci ildə iqtisadi artım tempinin sürətlənəcəyi proqnozlaşdırılır. Belə ki, gələn il üzrə ÜDM artımının 3,2%, qeyri-neft-qaz sektoru üzrə artımın isə 4,7% təşkil edəcəyi gözlənilir.
AMB sədri vurğulayıb ki, qeyri-neft-qaz sektorundakı dinamika ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.