
Taleh Kazimov: Mərkəzi Bank və SECO arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq
İsveçrə Konfederasiyasının Federal müşaviri Guy Parmelin ilə görüşdə Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq əlaqələri, SECO-nun Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və SECO arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq.
"Fins.az" xəbər verir ki bunu Mərkəzi Bankın sədri Taleh Kazımov rəsmi tvitter hesabında yazıb.
İsveçrə Milli Bankının (@SNB_BNS) sədri Thomas Jordan ilə görüşdə Azərbaycan Mərkəzi Bankı ilə İsveçrə Milli Bankı arasında əməkdaşlıq əlaqələri, texniki yardım proqramları, o cümlədən Azərbaycan-İsveçrə bankları arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışdıq pic.twitter.com/t9aftxKi0J
— Taleh Kazimov (@TalehKazimov_T) July 3, 2022