
Taleh Kazımov Gürcüstan Milli Bankının sədri ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov Gürcüstan Milli Bankının sədri ilə görüşüb.
"Fins.az"xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov rəsmi tvitter hesabında yazıb.
O Gürcüstanlı həmkarı ilə görüşü barədə məlumat verərək "Gürcüstan Milli Bankının sədri ilə görüşdə ölkələrimizin maliyyə, bank sektoru arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq,"-deyə qeyd edib.
Gürcüstan Milli Bankının sədri @GvenetadzeKoba ilə görüşdə ölkələrimizin #maliyyə #bank sektoru arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq.
— Taleh Kazimov (@TalehKazimov_T) June 23, 2022
We discussed development of cooperation between financial & banking sectors of our countries with @GvenetadzeKoba. pic.twitter.com/7JNfpm0Qnf
Müəllif:Aynur Qəniyeva