SİF müvəkkil kredit təşkilatları ilə görüşüb

SİF müvəkkil kredit təşkilatları ilə görüşüb

BANK
297

Güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyət müzakirə olunub, SİF-in tövsiyələri təqdim edilib.

Qurumdan Fins.az-a bildirilib ki, Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb. Bununla yanaşı, güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyət müzakirə olunub, SİF-in tövsiyələri təqdim edilib. Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı çətinlikləri diqqətə çatdırılıb, cari məsələlər üzrə təkliflər dinlənilib. 

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SİF müvəkkil kredit təşkilatları ilə görüşüb — Fins.az — Fins.az