
Səyahət üstünlükləri təqdim edən yeni premium kart
Fins.az – “Ziraat Bank Azərbaycan” ASC kredit və debet funksiyalarını bir kartda birləşdirən premium məhsulu – Bankkart Prestij kredit kartını təqdim edib.
Bank bildirib ki, kartın ön tərəfi kredit, arxa tərəfi isə debet kartı kimi istifadə olunur və Apple Pay, Google Pay, həmçinin 3D təhlükəsizlik sistemi dəstəyi ilə təmassız ödəniş imkanları təqdim edir.
Məlumata görə, Mastercard Black Edition statusuna malik Bankkart Prestij sahibləri 40 günədək güzəşt müddəti, hava limanlarında Fast Track və Biznes Lounge xidmətləri, transfer, səyahət sığortası, keşbek və digər premium üstünlüklərdən yararlana bilərlər. Bank həmçinin kart üzrə illik faiz dərəcəsinin 18% olduğunu, məhsulun 22 yaşdan yuxarı müştərilər üçün filiallar vasitəsilə rəsmiləşdirildiyini açıqlayıb.