
Serbiyanın Azərbaycana birbaşa investisiyaları artıb
2025-ci ildə Serbiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 6,490 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 6,271 milyon dollar və ya 29,6 dəfə artım deməkdir.
Məlumata əsasən, hesabat ilində Serbiyadan daxil olan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,1% olub. 2024-cü ildə isə Serbiyadan Azərbaycana birbaşa investisiyaların həcmi cəmi 219 min dollar təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönəldilən ümumi birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyalar 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% artım deməkdir.