"Sberbank" Avropa bazarını tərk edir

"Sberbank" Avropa bazarını tərk edir

BANK
463

"Sberbank" Avropa bazarını tərk etdiyini açıqlayıb.

Bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya Mərkəzi Bankının göstərişlərinə əsasən "Sberbank" Avropadakı törəmə müəssisələri likvidliliklə təmin edə bilmir.

"Mövcud vəziyyətdə "Sberbank" Avropa bazarını tərk etmək qərarını alıb. Törəmə banklar pul vəsaitlərinin anomal axını və əməkdaşların təhlükəsizliyinə təhdidlərlə üzləşib. Bununla belə, "Sberbank"ın törəmə müəssisələri yüksək həcmdə kapitala və aktivlərə malikdir, müştərilərin əmanətləri sığortalanıb. Bankın aktivləri bütün əmanətçilərə ödənişlərin həyata keçirilməsi üçün kifayətdir", - bankın məlumatında deyilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Sberbank" Avropa bazarını tərk edir — Fins.az — Fins.az