Rusiya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi

Rusiya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi

BANK
799

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 5,5%-dən 4,5%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Bu, uçot dərəcəsinin 2013-cü ilin sentyabr ayının 13-dən bəri (Rusiya Mərkəzi Bankı məhz bu tarixdə pul siyasətinin əsas göstəricisi olaraq uçot dərəcəsinin tətbiqinə başlayıb) ən aşağı səviyyəsidir.

Qeyd edək ki, bundan öncə, cari ilin aprelin 24-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 6%-dən 5,5%-ə endirmişdi.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi — Fins.az — Fins.az