Rumıniyada maliyyə böhranından sonra ən böyük faiz artımı

Rumıniyada maliyyə böhranından sonra ən böyük faiz artımı

BANK
1,015

Rumıniya Mərkəzi Bankı siyasət faizini 100 baza bəndi artıraraq, gözləntilərin üstündən 4,75 faizə yüksəldib.

"Fins.az" xəbər verir ki, inflyasiya ilə mübarizə aparan  digər ölklərlə  ayaqlaşmağa çalışan Rumıniya Mərkəzi Bankı siyasət faizini 100 baza bənd artıraraq gözləntilərdən daha yüksək səviyyəyə 4,75-ə yüksəldib. 

Beləliklə, bank 2008-ci il maliyyə böhranından sonra ən böyük artımını reallaşdırıb. Bloomberg tərəfindən sorğuya qatılan iqtisadçıların əksəriyyəti 75 baza bəndi  artım proqnozlaşdırırdı.

Rumıniya son 20 ildə ən yüksək inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini mərhələli şəkildə artırsa da, iqtisadi artımla bağlı narahatlıqlar səbəbilə qonşu ölkələrin faiz dərəcələrinin həddindən artıq artmasının qarşısını almağa çalışırdı.

Bölgədəki ölkələrdən biri olan Çexiya iyun ayında 125 baza bəndi artıma qərar verərkən, Polşa onu 75 bənd artırmış, Macarıstan isə kəskin artımlarla siyasət faizini 7,75 faizə yüksəldib. 

Qonşu Ukraynadakı müharibə səbəbindən qaçqınlarla dolu olan və ixracı məhdudlaşdıran 250 milyard dollarlıq iqtisadiyyatda büdcə xərcləri əhəmiyyətli dərəcədə artıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rumıniyada maliyyə böhranından sonra ən böyük faiz artımı — Fins.az — Fins.az