
Rəsmi məzənnələr açıqlandı
2020-ci ilin Fevral ayının 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Fevralın 24-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.8463 manata qalxıb, Rubl/manat məzənnəsi isə 0,0265 manatda qalıb.
1 Türk lirəsi isə 0,2773 manata geriləyib.
Bu barədə fins.az-a Mərkəzi Bankdan bildirilib.
Fevralın 24-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8397 manata, 1 Rubl 0,0265 manata, 1 Türk lirəsi isə 0,2782 manata bərabər idi.
