
Rəsmi məzənnələr açıqladı
2020-ci ilin Aprel ayının 13-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Aprelin 10-u ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.8592 manata düşüb, Rubl/manat məzənnəsi isə 0,0232 manata qalxıb.
1 Türk lirəsi isə 0,2526 manata geriləyib.
Bu barədə fins.az-a Mərkəzi Bankdan bildirilib.
Aprelin 10-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8595 manata, 1 Rubl 0,0229 manata, 1 Türk lirəsi isə 0,2543 manata bərabər idi.
