
"Red Bank" layihəsi "PAŞA Bank Gürcüstan"ın xərclərini artırıb
2020-ci ilin İyun ayından başlayaraq "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi "PAŞA Bank Gürcüstan"yeni adla pərakəndə bankçılıq xidmətləri təklif etməyə başlayıb.
Fins.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən veb-konfransda məlumat verib.
O bildirib ki,. "Red Bank" layihəsi "PAŞA Bank Gürcüstan"ın xərclərini artırıb. Xərclərin artması ilə əlaqədar olaraq "PAŞA Bank Gürcüstan" ötən ili 5 milyon 472 min manat xalis zərər ilə bağlayıb.
Müəllif:Aynur Qəniyeva