“Rabitəbank”a yeni uğurlu təyinat olub

“Rabitəbank”a yeni uğurlu təyinat olub

BANK
418

“Rabitəbank” ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb etdi.

Fins.az-ın məlumatına görə, Elşən Abdullayev Akif oğlu bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Ümumilikdə bank sahəsində 16 ildən artıq təcrübəyə malik olan A. Elşən, uzun illər “Accessbank”-da müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ildən etibarən fərqli regionlarda filial müdiri kimi fəaliyyət göstərmişdir.

2018-ci ildə “Bank Respublika” ASC-nin Sumqayıt filialının direktoru vəzifəsinə qəbul edilib, daha sonra 2021-ci ildə həmin filialın direktoru – KOS kreditləri üzrə regional direktor olaraq çalışmışdır. Elşən Abdullayev 2022-ci ildə “TuranBank” ASC-nin Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Elşən Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)  Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili almışdır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Rabitəbank”a yeni uğurlu təyinat olub — Fins.az — Fins.az