
Rabitəbank-ın biznes kreditlərinin həcmi 8,1% ARTIB -3-CÜ RÜBÜN HESABATI
2020-ci ilin yanvar-sentyabr aylarında "Rabitəbank” aktivlərini 16,5% artıraraq- 862,011 milyon manata çatdıtıb.
2020-ci il sentyabrın 30-na bankın kredit portfeli 394,833 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,7% artımın göstəricisidir. Sentyabrın sonuna istehlak kreditlərinin həcmi 1,8% artaraq 103,329 milyon manat, biznes kreditlərinin həcmi 8,1% çoxalaraq 223,438 milyon manat məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna “Rabitəbank”ın öhdəlikləri 19,3% çoxalıb və 761,67 milyon manata bərabər olub.
Sentyabrın sonuna bankın depozit portfeli 16,3% böyüyərək 582,321 milyon manat , o cümlədən fiziki şəxslərin depozitləri 2% azalaraq 229,071 milyon manat təşkil edib.
2020-ci il oktyabrın əvvəlinə bankın kapitalı 1% azalıb 100,341 milyon manata, nizamnamə kapitalı isə dəyişməyib 101,3 milyon manata bərabər olub.
Üç rübün yekunları üzrə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% azalaraq 3 milyon 844 min manat təşkil edib.
Müəllif: Aynur Qəniyeva