
Qlobal elektron ticarət əməliyyatları: 2030-cu ildə mobil ödənişlərin payı 64%-ə çatacaq - AMB
“McKinsey” təşkilatının araşdırmalarına əsasən, 2025-ci il ərzində qlobal səviyyədə 2 kvadrilyon ABŞ dolları həcmində və 3,6 trilyon ədəd ödəniş əməliyyatı emal olunub.
Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, 2024-cü ildə qlobal elektron ticarət əməliyyatlarının həcmi 6,8 trilyon ABŞ dolları təşkil edib. Proqnozlara əsasən, 2030-cu ildə bu göstərici 10,8 trilyon ABŞ dollarına yüksələcək.
Eyni zamanda, 2024-cü ildə qlobal elektron ticarət əməliyyatlarının 57%-i mobil cihazlar vasitəsilə həyata keçirilib. 2030-cu il üçün proqnoz göstərir ki, bu pay 64%-ə çatacaq və mobil ödənişlərin üstünlüyü daha da artacaq.
Fuad Mədətov
Fins.az