Qırğızıstandan Azərbaycana birbaşa investisiyalar 13,033 milyon dollar olub

Qırğızıstandan Azərbaycana birbaşa investisiyalar 13,033 milyon dollar olub

BANK
183

2025-ci ildə Qırğızıstandan Azərbaycana birbaşa investisiyaların həcmi 13,033 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 6,626 milyon dollar və ya 2 dəfə artım deməkdir.

Hesabat ilində Qırğızıstandan Azərbaycana yönələn investisiyaların ölkəyə daxil olan ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% olub. Eyni dövrdə Azərbaycana yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb, Azərbaycanın xarici iqtisadiyyatlara yönəltdiyi birbaşa investisiyaların həcmi isə 2,528 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qırğızıstandan Azərbaycana birbaşa investisiyalar 13,033 milyon dollar olub — Fins.az — Fins.az