Qətərdən Azərbaycana pul köçürmələri artıb

Qətərdən Azərbaycana pul köçürmələri artıb

BANK
330

2025-ci ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,705 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 25,5% artım deməkdir.

Məlumata əsasən, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qətərin payı 1,3% təşkil edib.

Qeyd olunub ki, 2024-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,510 milyon ABŞ dolları olub.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azalma göstərib.

Eyni dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qətərdən Azərbaycana pul köçürmələri artıb — Fins.az — Fins.az