
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb
2026‑cı ilin martın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 110,084 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay əvvələ nisbətən 2,8 milyon manat və ya 2,6%, 2025-ci ilin martın 1-nə nisbətən isə 18,4 milyon manat və ya 20% çoxdur. Hesabat dövründə Qarabağdan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,60% olub.
Eyni dövr üzrə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,008 milyon manat olub. Bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 116 min manat və ya 13%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 569 min manat və ya 2,3 dəfə çoxdur. Hesabat dövründə bu rayonun əmanətləri üzrə orta faiz dərəcəsi 5,91% təşkil edib.
Ümumilikdə, 2026‑cı ilin martın 1-nə Azərbaycanın bütün regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 17,209 milyard manat olub. Bu göstərici bir ay öncə ilə müqayisədə 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artım göstərib.