Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

BANK
136

2026-cı ilin 1 may tarixinə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 566,483 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici əvvəlki ayla müqayisədə 37,9 milyon manat və ya 7,2%, ötən ilin eyni dövrünə nisbətən isə 75,3 milyon manat və ya 15,3% artım göstərib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonu üzrə kreditlərin orta faiz dərəcəsi 19,85% səviyyəsində olub. Kredit portfelinin strukturu isə əsasən milli valyuta üzrə formalaşıb. Belə ki, ümumi kreditlərin 566,142 milyon manatı milli valyutada, 341 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni dövrdə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, göstərici əvvəlki ayla müqayisədə 8,5 milyon manat və ya 34,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,1 milyon manat və ya 3 dəfə artaraq 32,983 milyon manata çatıb.

Şərqi Zəngəzur üzrə kreditlərin orta faiz dərəcəsi 13,40% təşkil edib. Kreditlərin 24,296 milyon manatı milli valyutada, 8,687 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ümumi kredit qoyuluşlarının həcmi 599,5 milyon manata yüksəlib.

Qeyd edək ki, 2026-cı ilin 1 may tarixinə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının ümumi həcmi 30,609 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 318,9 milyon manat və ya 1%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat və ya 8,9% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb — Fins.az — Fins.az