Pulun koronavirus daşıyıcısı olması ilə bağlı - ÜST-dən açıqlama

Pulun koronavirus daşıyıcısı olması ilə bağlı - ÜST-dən açıqlama

BANK
746

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun əskinaslar vasitəsilə yayılması barədə məlumatları təkzib edib.

Fins.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayımlayıb.

Məlummatda  bildirir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç danışıb.

“ÜST COVID-19-un banknotlar vasitəsilə ötürülməsini deməyib. Biz bununla bağlı heç bir xəbərdarlıqla çıxış etməmişik. Biz inadla əlləri müntəzəm yumağı tövsiyə edirik”, - açıqlamada deyilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan bu virusa yoluxub, çoxu sağalıb, 7 mindən çoxu isə dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pulun koronavirus daşıyıcısı olması ilə bağlı - ÜST-dən açıqlama — Fins.az — Fins.az