
Pul köçürmələri üzrə müsbət saldo 503 mln dollardan çox olub
2019-cu ildə Azərbaycana pul köçürmələrinin həcmi 2018-ci illə müqayisədə 13,5% azalıb, xaricə pul köçürmələri 19,3% artıb, köçürmələr üzrə müsbət saldo $503,2 milyon təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
“2019-cu ildə Azərbaycana pul köçürmələri $934,3 milyon təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 13,5% azdır”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 19,3% - $431,1 milyona qədər artıb.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmini 2,2 dəfə üstələyib.
Nəticədə 2019-cu ildə pul köçürmələri üzrə müsbət saldo 2018-ci ildə qeydə alınmış $718,3 milyona qarşı $503,2 milyon (azalma 30%) təşkil edib.