“Premium Bank” ən çox şikayət olunan banklar siyahısında yer alıb

“Premium Bank” ən çox şikayət olunan banklar siyahısında yer alıb

BANK
246

Bu ilin mart ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat dövründə “Premium Bank” ASC ən çox şikayət olunan banklar sırasında 4-cü yerdə qərarlaşıb. Bankın orta şikayət indeksi 1,73 təşkil edib.

Mərkəzi Bankın açıqlamasına əsasən, şikayət indeksi bankların göstərdiyi maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, müştəri xidmətləri üzrə daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır.

Qeyd edilib ki, “Premium Bank” ASC 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə “Silk Vey Bank” kimi fəaliyyət göstərib, 2018-ci ildə isə rebrendinq edərək hazırkı adını alıb.

Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir. Qanuni təmsilçi Baxşəliyev Fərhad Adil oğludur.

Səhmdar strukturuna əsasən, bankın 84,46%-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22%-i “VIP Aviation Services” MMC, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Premium Bank” ən çox şikayət olunan banklar siyahısında yer alıb — Fins.az — Fins.az