Peşə sahibləri və fərdi fəaliyyət göstərənlər üçün mənzil almaq imkanı

Peşə sahibləri və fərdi fəaliyyət göstərənlər üçün mənzil almaq imkanı

BANK
416

Kapital Bank icarədarlar, repetitorlar, ticarətçilər, peşə sahibləri və digər qeyri-ənənəvi gəlir mənbəyi olan şəxslər üçün ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, bu məhsul həm VÖEN-lə fəaliyyət göstərən, həm də VÖEN-siz fərdi sahibkarlar üçün nəzərdə tutulub.

İpoteka krediti daxili vəsait hesabına verilir. İlkin ödəniş məbləği 15%-dən, illik faiz dərəcəsi isə 16.5%-dən başlayır. Kreditin məbləği 20 000 AZN-dən 500 000 AZN-dək dəyişir.

Bu kredit növü qeyri-formal gəlirə malik şəxslərin mənzil sahibi olmasına şərait yaradır.

Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/internal/item/3

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Peşə sahibləri və fərdi fəaliyyət göstərənlər üçün mənzil almaq imkanı — Fins.az — Fins.az