PASHA Bank uşaqlarla görüşdü

PASHA Bank uşaqlarla görüşdü

BANK
858
Deyirlər, hər bir uşaq dahi doğulur. Balaca dostlarımızla keçən görüşümüzdə bu fikrin doğruluğunun bir daha şahidi olduq.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağı ziyarət etdik. Sığınacaqda məskunlaşan uşaqlar çəkdikləri rəsmlərlə, yaradıcı potensialları və zəngin təxəyyül gücü ilə hər birimizi heyran etdilər. Biz də, öz növbəmizdə, uşaqlar üçün hazırladığımız hədiyyələrlə onları sevindirməyə çalışdıq.
Arzumuz odur ki, bütün uşaqlar xoşbəxt böyüsün, aydın səma və parlaq günəş altında firavan günlər yaşasın!
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
PASHA Bank uşaqlarla görüşdü — Fins.az — Fins.az