“PAŞA Bank” kiçik və orta sahibkarlıq sektorunun onlayn kreditləşdirilməsini genişləndirmək niyyətindədir

“PAŞA Bank” kiçik və orta sahibkarlıq sektorunun onlayn kreditləşdirilməsini genişləndirmək niyyətindədir

BANK
796

“PAŞA Bank” 2020-ci ildə kiçik və orta sahibkarlıq sektorunun onlayn kreditləşdirilməsini genişləndirmək niyyətindədir. Bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib.

"Biz bankın yeni biznes strategiyasını işləyib hazırlamaqla  korporativ  bankçılıq  mövqeyimizi  müdafiə etməyi planlaşdırırıq. Bu çərçivədə biz fəaliyyətimizi böyük bazar payı ilə əlaqədar iqtisadiyyatın artımına yönəltməyi planlaşdırırıq. Xüsusilə müştərilərimizə fərdi yanaşma qaydasını rəhbər tutaraq kiçik və orta sahibkarlıq seqmentində fəaliyyətimizi genişləndirməklə kreditləşməni 3-4 dəfə artırmaq niyyətindəyik", - deyə Kazımov bu gün onlayn mətbuat konfransında bildirib.

Bundan başqa, sədr əlavə edib ki, dəqiq rəqəmlər bu ilin ikinci yarısında, 2021-2023-cü illər üçün nəzərdə tutulmuş yeni strategiya tam hazırlandıqdan sonra açıqlanacaq.

"Biznes strategiyası tamamilə rəqəmsal bankçılığa əsaslanacaq. Hazırda kiçik və orta sahibkarlıq subyektlərinə biznes kreditlərinin onlayn qaydada rəsmiləşdirilməsi istiqamətində test rejimində işlər aparılır. Ümid edirik ki, yaxın aylarda bu məhsulla bazara tam həcmdə çıxa biləcəyik", - deyə o vurğulayıb.

T.Kazımov qeyd edib ki, bu istiqamətdə bank girov qoyulmadan 150 min manata qədər kredit verməyi planlaşdırır.

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci iri bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Bank” kiçik və orta sahibkarlıq sektorunun onlayn kreditləşdirilməsini genişləndirmək niyyətindədir — Fins.az — Fins.az