“PAŞA Bank” IPO prosesində 13 min investor cəlb edib

“PAŞA Bank” IPO prosesində 13 min investor cəlb edib

BANK
294

“PAŞA Bank”ın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (IPO) üzrə abunə yazılışı 12 iyun 2026-cı il tarixinədək uzadılıb.

Fins.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev “PAŞA Bank”ın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, IPO prosesi hazırda davam edir və bank kapitalının 5 faizini təşkil edən 932 926 ədəd səhm Bakı Fond Birjası vasitəsilə yerləşdirilir.

Qeyd olunub ki, hər bir səhmin qiyməti 55 manat müəyyən edilib.

Cavid Quliyev bildirib ki, hazırda bank üzrə 13 mindən çox unikal investor mövcuddur.

Bank rəhbərinin sözlərinə görə, yüksək investor marağı nəzərə alınaraq IPO üzrə abunə müddətinin 12 iyun 2026-cı il tarixinədək uzadılması qərara alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Bank” IPO prosesində 13 min investor cəlb edib — Fins.az — Fins.az