"PAŞA Bank" -dan dollardan başqa valyutalarda əməliyyatların dayandırılması barədə AÇIQLAMA

"PAŞA Bank" -dan dollardan başqa valyutalarda əməliyyatların dayandırılması barədə AÇIQLAMA

BANK
522

Bu gün "PAŞA Bank" ASC-də USD istisna olmaqla valyuta mübadiləsi əməliyyatları dayandırılıması ilə bağlı bankın mətbuat xidmətindən Fins.az-a açıqlama verilərək bildirilib ki,  həftənin bu bazar günü ölkəmizdə iş günü olsa da  beynəlxaq aləmdə istirahət günüdür.

Bu səbəbdən   "PAŞA Bank" beynəlxalq maliyyə əməliyyatlarını bankdan aslı olmayan səbəbdən ABŞ dollarından başqa valyutada apara bilmir. Həftənin bazar ertəsi günündən-sabahdan etibarən bank bütün valyutalarda əməliyyatları əvvəlki qaydada aparacaq.

Qeyd edək ki, bank bu gün müştərilərinə" 16.05.2021-ci il tarixində beynəlxalq bazarlar bağlı olduğu səbəbi ilə həmin gün yalnız USD valyutası üzrə mübadilə əməliyyatları həyata keçiriləcəkdir."məzmunlu mesaj göndərib. 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"PAŞA Bank" -dan dollardan başqa valyutalarda əməliyyatların dayandırılması barədə AÇIQLAMA — Fins.az — Fins.az