Ötən il manatla olan əmanətlər artıb -MƏBLƏĞ

Ötən il manatla olan əmanətlər artıb -MƏBLƏĞ

BANK
827

Mərkəzi Bankın məlumatına görə, ötən il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8 milyard 681,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.

Dekabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,90) manata, 100 rus rubluna 2,70 (2,63) manata bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il manatla olan əmanətlər artıb -MƏBLƏĞ — Fins.az — Fins.az