Orta müddətli kreditlər üzrə faiz dərəcəsi rekord səviyyəyə endirilib

Orta müddətli kreditlər üzrə faiz dərəcəsi rekord səviyyəyə endirilib

BANK
825

Çin Mərkəzi Bankı “Medium-term Lending Facility” (MLF) mexanizmi çərçivəsində orta müddətli kreditlər üzrə faiz dərəcələrini rekord səviyyəyə endirib.

Bu barədə Vesti.ru xəbər verir.

Qeyd edildiyi kimi, faiz dərəcəsi 20 baza punktu 3,15%-dan 2,95%-a qədər endirilib ki, bu da 2014-cü sentyabrından bəri minimum göstəricidir.

Xatırladaq ki, daha əvvəl Çin Xalq Bankı kiçik və orta banklar üçün ehtiyat tələblərinin (RRR) azaltdığını açıqlamışdı. Endirilmə iki mərhələdə baş tutacaq: 15 aprel və 15 may. RRR azaldılmasının birinci mərhələsində iqtisadiyyatı dəstəkləmək üçün təxminən 200 milyard yuan (28,37 milyard dollar) likvidliyin veriləcəyi gözlənilir.

Cümə günü Çin ÜDM üzər məlumatları dərc edəcək. Analitiklərin qiymətləndirmələrinə görə, birinci rübdə dünyanın ikinci ən böyük iqtisadiyyatı 6,5% azalıb. Proqnozlara görə, 2020-ci ildə Çinin ÜDM-u cəmi 2,5% artacaq.

(C)Banker

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Orta müddətli kreditlər üzrə faiz dərəcəsi rekord səviyyəyə endirilib — Fins.az — Fins.az